Saqqal saxlayanlar DİQQƏT: ÖLÜMCÜL TƏHLÜKƏ

17:41 23.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saqqal saxlayan insanların dəhşətli təhlükə ilə üz-üzə qaldığı aşkarlanıb.

Hafta.az The Sun nəşrinə istinadla xəbər verir ki, tədqiqatçılar saqqalın ölümcül olduğunu, itlərlə müqayisədə saqqalda daha çox mikrobun, insanlara zərər verə biləcək bakteriya və böcəklərin olduğunu aşkar ediblər.

Mütəxəssislər skanerdən istifadə edərək 18 kişinin üz tükünü və 30 cins itin boynundakı saçları tarayıblar. İtlərin saqqallıinsanlardan daha az mikroblara sahib olduqlarını aşkar ediblər. Təcrübəyə qatılan yeddi nəfərdə insan sağlamlığı üçün təhlükəli parazitlər aşkarlanıb.

"Bu məlumatlara əsaslanaraq, itləri saqqallı kişilərlə müqayisədə təmiz hesab etmək olar ”, - deyə İsveçrənin Hirslanden klinikasından professor Andreas Gutzeit deyib.

Üz tüklərini təbliğ edən Saqqal Qurtuluş Cəbhəsinin qurucusu Keith Flett, hesabatın nəticələrini şübhə altına alıb. Saqqalların gigiyenik olmadığına inanmadığını və bütün bu murdar mikrobların və bakteriyaların insanların əllərində və saçlarında da ola biləcəyini irəli sürüb.

Oxunma sayı 1638