Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı alqışlayıb

23:22 07.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Şarl Mişel sosial şəbəkə hesabında yazıb.

“Saxlanılanların azad edilməsini və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Avropa İttifaqının rəhbərlik etdiyi "Brüssel prosesi"nin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.

İndi isə liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – deyə Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.

 

Oxunma sayı 37
Siyasət rubrikasından digər xəbərlər