Şəhid anası qarət edildi – DİN-dən açıqlama - FOTO

16:19 28.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Neftçala rayonunda şəhid Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın tək olduğundan istifadə edən maskalı şəxslər evə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək, evdə olan 800 manat pulu oğurlayıblar.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Axar.az-a verdiyi açıqlamasında hadisə ilə bağlı araşdırılma aparıldığını bildirib:

“Cinayətkarların saxlanılması üçün zəruri tədbirlər görülüb. Mətbuata açıqlama veriləcək”.