Yazını böyüt
Yazını kiçilt
Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı K.Ə və 16 yaşlı V.Q saxlanılıblar.
Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.
