Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib

22:56 15.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə nazirinin birinci müavini vəzifəsi Səhiyyə Nazirliyinin kollegiyasına daxil edilib.

Hafta.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.

Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib. Kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb.