Şəkidə ev yanıb, ölən var

10:35 07.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.