Şəmkirdə birmərtəbəli məktəbdə yanğın olub

19:30 09.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir şəhərində ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 56