Şəmkirdə əməliyyat- 10 nəfər saxlanılıb

15:00 27.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman  müxtəlif çeşidli narkotik vasitələr aşkar edilərək götürülüb.

 

 Aşkarlanan maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.