Şəmkirdə ev yanıb

22:52 10.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunun Qara Nuru kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.