Sənədsiz silahlar polisə təhvil verildi

12:03 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlər nəticəsində ötən gün ərzində 1 ədəd avtomat, 1 ədəd daraq və 45 ədəd patron, eləcə də 5 ədəd müvafiq sənədləri olmadan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.