Sentyabrda Ağalı kəndində zəng çalınacaq və tədris başlayacaq

13:48 27.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq. Bu da bizi çox sevindirir. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Hafta.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir xatırladıb ki, Ağalı kənd məktəbinə artıq direktor təyinatı da olub:

“Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir”.