Separatçı rejim Xocavənddə “yerli orqan”lara “seçki” keçirdi

18:19 10.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 10-da Azərbaycan Respublikasının Xankəndi şəhərindəki separatçı-terrorçu erməni rejimi Xocavənd rayonunun  Rusiyanın “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalan mərkəzi və Kiş kəndində “yerli özünüidarə orqanları”na  qanunsuz “seçki” keçirib.

Hafta.az xəbər verir ki, erməni mediası bu haqda separatçı rejimin qeyri-qanuni “mərkəzi seçki komissiyası”na istinadla  məlumat yayıb.

Məlumata görə, Xocavənd və Kişdə “seçici” siyahılarına 5016 “seçici” daxil edilib  və 4 “seçki” məntəqəsi yaradılıb.

Xocalıda icma başçısı vəzifəsinə bir, Kişdə iki namizəd var.

Siyasət rubrikasından digər xəbərlər