Separatçılar Qarabağın 6 məntəqəsində “seçki” keçirəcək

18:45 31.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Aprelin 10-da  Rusiyanın Qarabağdakı hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim Azərbaycan Respublikasının 6 məntəqəsində  qanunsuz “seçki” keçirəcəklər.

Hafta.az xəbər verir ki,  bu haqda erməni mediası məlumat yayıb.

Məlumata görə, Xocavənd rayonunun “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”,   həmin rayonun  “Varanda” adlandırılan   Qaradağlı, “Tsovatex”- “Zavadıx, “Norşen” –Günəşli və Sos kəndlərində, həmçinin Tərtər rayonunun “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri” “seçilməli”dir.

Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının görkəmli  dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Eyni rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetiriblər, kənddəki evləri isə tamamilə yandırıblar.