Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsində yaşayan rusların sayını 45-50 min arasında deyərək, onların daha çox Rusiya prezidenti Vladimir Putinə qarşı olduqlarını bildirib. Digər tərəfdən Vuçiç Serbiyada yaşayan ukraynalıların daha çox rus dilində danışdıqlarını və Putini dəstəklədiklərini deyib.
Hafta.az-ın yazdığına görə, Vuçiç Beqradda səfərdə olan Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlama verib.
Bundan əvvəl Serbiya prezidenti Ukraynadakı hərbi əməliyyatlar səbəbindən ölkəsinə xarici təzyiqlərin artmasından şikayət etmişdi. Vuçiç deyib ki, “Serbiya hakimiyyəti mənəvi prinsiplərə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmir, ona görə də ölkə bir çox problemlərlə üzləşib”.