Sergey Lavrov Ermənistan xarici işlər nazirilə görüşüb

23:20 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə olunmuş razılaşmaların icrası prosesini müzakirə ediblər.

Nazirlər, eyni zamanda Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesinə də toxunublar.