Şərurda ikimərtəbəli obyekt yandı

17:25 21.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şərurda ikimərtəbəli obyekt yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində ümumi sahəsi 450 m² olan ikimərtəbəli obyektin (hazırda təmirdə olan) yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.