Səudiyyə Ərəbistanı İranda səfirlik açacaq

12:14 18.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının İrandakı diplomatik təmsilçiliklərinin açılacağı tarix məlum olub.

 

Hafta.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

 

Məlumata görə, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu Qurban bayramından sonra açılacaq.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl İbin Fərhan Əl Səud Tehranda səfərdədir. O, iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.