Səudiyyə Ərəbistanının Kralı Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib

11:34 30.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Hafta.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.

Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".