Şeyx Şuşada tikiləcək yeni məscidin ərazisində olub

17:20 10.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşada yeni təməli qoyulmuş məscidin ərazisinə baş çəkiblər.

 

Hafta.az-ın məlumatına görə, əraziyə baxış keçirilib, xeyir-dua verilib.

 

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.