“Siçan dərmanı” yeyən iki azyaşlı qardaşlar öldü

17:42 10.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bədbəxt hadisə baş verib.

Hafta.az-ın xəbərinə görə, qəsəbədə yaşayan iki azyaşlı qardaşın “siçan dərmanı” yeyərək öldükləri bildirilir.

Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, hadisə barədə ilk məlumatı manşet.az yayıb.