Yazını böyüt
Yazını kiçilt
Şimali Koreya Yaponiya dənizinə doğru daha üç qısa mənzilli raket atıb.
Yonhap Xəbər Agentliyinin cümə axşamı Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsinə istinadən verdiyi məlumata görə, saat 21:35-dən 21:49-a qədər Şimal Hvanqhae-Bukto əyalətinin Göksan rayonundan üç qısa mənzilli ballistik raket atıb. Daha əvvəl növü müəyyən edilməmiş ballistik raketin buraxılması barədə məlumat verilmişdi.
Səhər saatlarında KXDR də üç raket buraxıb, onlardan biri, ehtimal ki, “Hvason-17” qitələrarası ballistik raket, digər ikisi isə qısa mənzilli raketlər olub.