Şimali Koreya Rusiyaya 6700 konteyner sursat göndərib

09:05 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın iyul ayından bu yana Şimali Koreyadan 6700 konteyner sursat aldığı iddia edilib.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik jurnalistlərə bildirib ki, Şimali Koreya iyul ayından bu yana Rusiyaya 6700 konteyner sursat göndərib.

Konteynerlər üç milyondan çox 152 millimetrlik artilleriya mərmisi və ya 500 min 122 millimetrlik mərmi daşıya bilir.

Xəbərdə Şimali Koreyadakı sursat zavodlarının xammal və elektrik enerjisi çatışmazlığı səbəbindən gücünün təxminən 30 faizində, Rusiya üçün artilleriya mərmisi istehsal edən müəssisələrin isə “tam gücü ilə” işlədiyi vurğulanır.

Bildirilir ki, Şimali Koreya döyüş sursatı müqabilində əsasən qida məhsulları olan 9 min konteyner məhsul alıb.

Cənubi Koreyalı nazir əlavə edib ki, Moskva texniki yardım göstərməyə davam edərsə, Şimali Koreya gələn ayın əvvəlində daha bir peyk buraxa bilər və üstəlik, Pxenyan təyyarə və yerüstü mobillik avadanlığı texnologiyası ilə bağlı kömək istəyib.

ABŞ Dövlət Departamenti Şimali Koreyanın sentyabr ayından bu yana Rusiyaya 10 min konteynerdən çox sursat və ya oxşar material çatdırdığını iddia edib.

Oxunma sayı 144