Sinif yoldaşlarının çılpaq fotosunu hazırlayan şagirdlər məktəbdən qovuldu

10:08 11.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərində sinif yoldaşlarının süni intellektlə çəkilmiş saxta çılpaq fotolarınıı internetdə paylaşıldığına görə 5 şagird məktəbdən qovulub. Şagirdlərin sifətlərinin çılpaq bədənlərə montaj edilmiş şəkilləri fevralın sonunda Beverly Vista Orta Məktəbinin rəsmilərinin diqqətini çəkib.

Hafta.az-ın “Los Angeles Times”a istinadən yazdığına görə, Beverly Hills Birləşmiş Məktəb Dairəsinin direktorlar şurası keçirilən iclasında materialın hazırlanmasında və yayılmasında "ən açıq şəkildə iştirak edən" beş şagirdi qovmaq üçün səs verib.

Şagirdlər hadisə üzə çıxandan sonra 24 saat ərzində cəzalandırılsalar da, rəsmilər tam araşdırma tamamlanana qədər əlavə tədbirlər görməkdən çəkiniblər.

Bölgə nəzarətçisi Maykl Bregi, valideynlərə yazdığı məktubda bildirib ki, hamısı səkkizinci sinifdə oxuyan 16 şagird bu prosesdə iştirak edib.

"Bu hadisə texnologiyanın, o cümlədən süni intellektin etik istifadəsi ilə bağlı kritik əhəmiyyətli müzakirələrə səbəb oldu, rəqəmsal mühitlərdə sayıq və məlumatlı iştirakın vacibliyini vurğuladı. Bundan əlavə, biz bilirik ki, uşaqlar hələ də öyrənirlər və böyüyürlər, səhvlər bu prosesin bir hissəsidir. Digər tərəfdən, hesabatlılıq vacibdir və müvafiq tədbirlər görülür”, - deyib Bregi.

Uşaqlar və onların ailələri qovulma qərarına etiraz etməyiblər.

Los Anceles Polis Departamenti və Los Anceles Dairə Baş Prokurorluğu öz araşdırmalarını aparır, lakin hələlik heç bir cinayət işi açılmayıb.

Kaliforniya qanunu uşaq pornoqrafiyasının saxlanmasını və çılpaq fotoşəkillərin qeyri-konsensual paylaşılmasını əhatə etsə də, cinayət təqibi çətin ola bilər, çünki real insanları təqlid edən saxta fotolar üçün hələlik presedent yoxdur.

Beverly Hills işi qadın və qızların tez-tez qurban kimi hədəf alındığı bir sıra süni intellekt və ya deepfake hallarının sonuncusudur.

Nyu-Cersi və Vaşinqton əyalətlərindəki məktəblər payızda oxşar problemlərin olduğunu bildirdilər, Nyu Cersidəki qanunvericilər isə bu materialları qadağan edən qanun qəbul etməyə çalışırlar.

Digər tərəfdən, Vaşinqtonda "milli təhlükəsizliyi deepfake texnologiyasının yaratdığı təhdidlərdən qorumaq və zərərli deepfakes qurbanları üçün hüquqi müraciət təmin etmək" üçün qanun layihəsi təqdim olunub.