Sibir bölgəsindən iki aviaşirkət Rusiya hökumətinə An-24 və An-26 model sovet təyyarələrinin istifadə müddətinin 50 ilə qədər artırılması üçün müraciət edib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, “Anqara” aviaşirkətinin baş direktoru Sergey Zorin sanksiyalar səbəbindən başqa təyyarələrinin olmadığını bildirib. Zorin bu il əllərindəki 100-ə yaxın təyyarənin istifadə müddəti bitdiyi üçün anqara göndəriləcəyini bildirir.
“Polyarnıye Avialinii”dən Aleksey Yevseyev də Yakutiya kimi bölgələrdə sərnişin və yük daşımaq üçün An-24 və An-26 təyyarələrinə alternativ olmadığını bildirib. Bununla belə, Yevseyev onu da etiraf edir ki, bu təyyarələrin təmiri və texniki xidmətində xüsusilə son iki ildə problemlər yaranıb.
Agentliyə açıqlama verən Sənaye və Ticarət Nazirliyinin rəsmiləri aviaşirkətlərin müraciətini araşdırdıqlarını bildiriblər.
1960-cı illərdə Kiyevdə istehsal olunan An-24 və An-26 model təyyarələri 50-yə yaxın sərnişin daşımaq gücünə malikdir. Bu təyyarələr ümumiyyətlə Sibir və Rusiyanın uzaq şimal bölgələrində sərnişin və yük daşımaları üçün istifadə olunur.