Siyəzəndə ev yanıb, xəsarət alan var

13:20 05.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən rayonunun Ərziküş kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik talvar və yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.