Slovakiya F-16-nın ən təkmil versiyasını aldı

19:16 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Slovakiya Hərbi Hava Qüvvələri bu təyyarənin ən təhlükəli modifikasiyalarından biri olan iki F-16 Block 70 döyüş təyyarəsi alıb. Bu barədə Military Watch Magazine (MWM) yazır.

Nəşrin məlumatına görə, Block 70 qırıcısı F-16-nın ən yenilənmiş versiyalarından biridir. Qeyd olunur ki, bunlar ən son F-35 stels qırıcılarından heç də geri qalmayan avionikaya malik 4+ nəsil qırıcılardır.

MWM yazır ki, onlar "indiyə qədər istehsal edilmiş ən qabaqcıl F-16-lardır".