Slovakiya ölkəyə gələn şəxsləri iki həftəlik icbari karantinə alacaq

15:58 11.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 15-də Slovakiya koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində ölkədə sərhəd rejimini gücləndirəcək. Hökumətin qərarına əsasən, həmin tarixdən etibarən ölkəyə daxil olan bütün şəxslər istisnasız olaraq 14 günlük icbari karantin rejimində olacaqlar.

Səhiyyə naziri Marek Krayçi bildirib ki, bu qərar, həmçinin “təhlükəsiz ölkələr” kimi dəyərləndirilən ölkələrdən gələnlərə də şamil olunacaq. Ev şəraitində özünütəcridə razı olmayanlar bu müddəti dövlət tərəfindən təklif olunan yerlərdə də keçirə biləcəklər. Ölkəyə daxil olduqdan sonra yalnız səkkizinci gün koronavirusa qarşı test vermək mümkündür. Bu testin cavabı mənfi olduğu təqdirdə özünütəcridi vaxtından əvvəl başa vurmaq olar.

Nazir, həmçinin bildirib ki, sərhədyanı ərazilərdə yaşayan və peşə fəaliyyəti ilə əlaqədar hər gün sərhədi keçən insanlar əvvəlki şəkildə PCR və ya antigen testləri təqdim etməklə qonşu ölkələrə gedib-gələ biləcəklər.