“Soçidə hər hansı bir sənəd imzalanmayacaq - Teymur Qasımlı

18:13 25.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya Zəngəzur dəhlizində öz əsgərinin olmasını istəyir. Bax bu, Rusiyanın çoxdankı və çox da təhlükəli planıdır. Sonrakı məsələlər komunikasiya və əsrlərlə bağlıdır”,

Bunu hafta.az-a politoloq Teymur Qasımlı Soçi görüşü ilə bağlı şərhində bildirib.  

“Mən Soçidə bu məsələlərin müzakirə olunacağını proqnozlaşdırıram. Çox güman ki, burda sənəd müqaviləsi olmayacaq. Ola bilər ki, nəqliyyat komunikasiya ilə bağlı hər hansı razılaşmalar olsun”.

Politoloq hesab edir ki, Rusiya bu görüşü təşkil etməklə Avropa və Qərbə demək istəyir ki, bu bölgənin ağası da, söz sahibi də mənəm, bu iş mənim monapoliyamdadır. Siz bura gələ bilməzsiniz.

“Ən önəmlisi budur ki, Rusiya sərhəddə gərginlikdən sonra bəyan elədi ki, bax görürsüz, müharibə bitib, amma sərhəddə münaqişə davam edir, əsgər çatmır, biz ora əsgər yığmalıyıq. Onsuz da Rusiya regiona öz əsgərini yığıb. Yəqin ki, Soçi görüşündə deyəcək ki, Zəngəzur dəhlizini açın, mənim əsgərlərim ora nəzarət etsin”.

T.Qasımlı erməni hərbçilərinin noyabrın 8-dən başlanan təxribatları və Ermənistanın danışıqlardan yayınma məqamlarına toxunub. Onun sözlərinə görə, həmin vaxtdan başlayaraq proses çox təhlükəli gərginliklərlə müşahidə olundu.  

“ 9 noyabrda Ermənistan rəsmisi məlum görüşə getmədi, Paşinyan özünə uyğun səbəblər də gətirdi. Burda Rusiyanın öz oyunları, öz şərtləri var idi. Ona görə də 8 noyabrdan başlayan məlum gərginlik bitəndən sonra Paşinyan dedi ki, şərtlərə hazıram. Ardınca Paşinyanın birinci müavini müsahibəsində Soçidə 3 şərtin irəli sürüləcəyini və bu bunu açıqlaya bilməyəcəyini dedi”.