Solovyovun “nikbin ssenarisi” - "BÜTÜN DÜNYANI XARABALIĞA ÇEVİRƏK"

12:08 04.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kremlin əsas təbliğatçılarından sayılan Vladimir Solovyov qeyd edib ki, Rusiyanın hadisələrin inkişafı ilə bağlı iki variantı var, lakin onlardan biri Rusiyanın xeyrinə deyil.

Hafta.az-ın məlumatına görə, Solovyov “Rossiya 1” telekanalının efirində bildirib ki, Rusiyanın dünya ilə qarşıdurmasında iki ssenari var. O, ssenarilərdən birini “nikbin” adlandırıb. Söhbət nüvə müharibəsindən gedir.

"Bir sözlə, bizim iki variantımız var. Birincisi nikbindir: nüvə müharibəsi, bütün dünya xarabalığa çevrilir", - Solovyov bildirib.

Təbliğatçı əlavə edib ki, ikinci variant “pessimist nəticələrə” səbəb olacaq.