Şolz Qərbi Ukraynada uzanan münaqişəyə hazırlaşmağa çağırıb

16:25 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərb ölkələri Ukraynada müharibənin uzun müddət davam edəcəyi ehtimalını nəzərə almalı və xarici siyasətlərini buna uyğun tənzimləməlidir. Bunu NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə keçirilən mətbuat konfransında Almaniya kansleri Olaf Şolz deyib.

“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzun müddət davam edə biləcəyinə hazır olmalıyıq. Biz buna hazırlaşırıq və siyasətimizi buna yönəldirik”, - deyən kansler, Berlinin “Ukraynaya nə qədər lazımdırsa, dəstəkləyəcəyini” qeyd edib.