Yazını böyüt
Yazını kiçilt
Çin bazarından həddən artıq asılı olmaq risklərinə məhəl qoymayan alman şirkətlərinin sayı heyrətləndiricidir. Reuters xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz diversifikasiyanın zəruriliyini vurğulayaraq bildirib.
"Çin bazarının əhəmiyyətinin izaha ehtiyacı yoxdur, lakin məqsəd hər hansı bir bazardan asılı olmaq deyil. Buna görə də bəzi şirkətlərin fərdi bazarlardan nə qədər asılı olduğuna və riskləri tamamilə görməməzliyə vurduğuna təəccüblənirəm" deyib Şolz.