Şolz Ukraynadakı münaqişənin Almaniya üçün nəticələrini dəyərləndirib

18:53 20.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Olaf Şolz Ukrayna münaqişəsinin nəticələrinin Almaniyaya ağır zərbə vurduğunu, çünki bu vəziyyətə hazır olmadığını bildirib. Onun sözlərini TASS sitat gətirir.

Almaniya Federal İşəgötürənlər Assosiasiyasının (BDA) konfransında o, “Nəticələr... Almaniyada bizə ağır zərbə vurdu, çünki hazırlıqsız idik” deyib.

O qeyd edib ki, Almaniya hökuməti vəziyyəti düzəltmək üçün tez bir zamanda lazımi tədbirlər görüb. Onun sözlərinə görə, mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu üçün terminallar “rekord müddətdə” tikilib.