Yazını böyüt
Yazını kiçilt
Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə yüklənmiş avtomobilin partlaması nəticəsində az 20 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış şəhərdəki məşhur restoranın yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, restoranın qarşısında yüksək sürətlə hərəkət edən avtomobil partladılıb və sonra atəş səsləri eşidilib.
Ölkədə mövcud olan silahlı qruplaşmaların heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.