Son günlər 600-dən çox mina zərəzsizləşdirilib

11:24 27.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son iki həftədə 609 mina aşkarlayıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Oxunma sayı 196