Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək.
Hafta.az xəbər verir ki, üçüncü turun son oyun günündə doqquz qarşılaşma baş tutacaq.
Belə ki, "Atletik Bilbao" "Qarabağ"la, "Qalatasaray" "Budyo/Qlimt"lə, "Atalanta" "Slavia Praqa" ilə, "Bavariya" "Brügge" ilə, "Çelsi" "Ayaks"la, "Ayntraxt Frankfurt" "Liverpul"la, "Monako" "Tottenhem"lə, "Real Madrid" "Yuventus"la, "Sportinq" isə "Marsel" ilə üz-üzə gələcək.
22 oktyabr
UEFA Çempionlar Liqası
III tur
Saat 20:45, "Atletik Bilbao" - "Qarabağ";
Saat 20:45, "Qalatasaray" - "Budyo/Qlimt";
Saat 23:00, "Atalanta" - "Slavia Praqa";
Saat 23:00, "Bavariya" - "Brügge";
Saat 23:00, "Çelsi" - "Ayaks";
Saat 23:00, "Ayntraxt Frankfurt" - "Liverpul";
Saat 23:00, "Monako"- "Tottenhem";
Saat 23:00, "Real Madrid" - "Yuventus";
Saat 23:00, "Sportinq"- "Marsel".