Şoyqunun vətəni yetimlər və dullar diyarına çevrilib

09:00 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun doğulduğu Rusiya Tıva Respublikası Moskvanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin bir ilində yetimlər və dullar diyarına çevrilib.

“Vacib hekayələr” rus nəşrinin məlumatına görə, Tıva ailə başçısını itirməyə görə hərbi pensiya alanların sayının artması baxımından lider bölgədir. Müdafiə Nazirliyinin dərc etdiyi məlumatlar göstərir ki, 2021-ci ildə belə ödənişlər 300, 2022-ci ildə isə 9 mindən çox olub. Pensiya alanların əksəriyyəti Ukraynada ləğv edilmiş hərbçilərin qohumlarıdır.

Daha yeddi regionda, o cümlədən Altay, Buryatiya, Komi və Kalmıkiyada ödəniş alanların sayında artım (keçən illə müqayisədə) 50%-i ötüb. Ən aşağı artım Mərkəzi, Sibir, Şimal-Qərb Federal Dairələri və işğal olunmuş Ukrayna Krımdadır.

Mövcud statistik məlumatlar regionlardan gələn mühacirlər arasında itkiləri tam əks etdirmir, çünki idarənin pensiya statistikasına yalnız artıq bütün bürokratik prosedurlardan keçmiş və ödənişləri həyata keçirə bilən şəxslər daxil edilib.