Sudan Milli Səhiyyə Fondu (MSF) tərəfindən dərc edilən hesabatda, Faşir şəhərindəki Zəmzəm qaçqın düşərgəsində aparılan sağlamlıq müayinəsinin nəticələrinə görə, düşərgədəki uşaqların dörddə birinin qida çatışmazlığı, 7 faizinin isə kəskin qidalanma risqi altında olduğu bildirilib.
Hafta.az-ın yazdığına görə, hesabatda beynəlxalq ictimaiyyət tərəfindən "təcili səfərbərlik" tələb olunur və düşərgədə ümumi gündəlik ölüm nisbətinin həyəcanverici səviyyələrə çatdığı bildirilir.
Xəbərdə şəhərdə ailələrin uşaqları üçün əsas sağlamlıq xidməti ala biləcəkləri yer qalmadığına diqqət çəkilərək, münaqişə tərəflərindən Zəmzəm düşərgəsinə və Şimali Darfura humanitar yardımların çatması üçün təcili olaraq Faşir hava limanını açmağa çağırılıb.
Hesabatda daha çox insan itkisinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
MSF-nin Sudandakı Təcili Müdaxilə Mütəxəssisi Klayr Nikolet, Faşir şəhərindəki Zəmzəm düşərgəsində baş verənlərin fəlakətli olduğuna diqqət çəkərək, "Düşərgədə hər 2 saatdan bir ən azı bir uşağın qida çatışmazlığı səbəbindən öldüyünü təxmin edirik" deyib.
Hər gün təxminən 13 uşağın öldüyünü təxmin etdiklərini deyən Nikolet, "Ciddi dərəcədə pis qidalanan uşaqlar, müalicə almadıqları təqdirdə 3-6 həftə içində ölmə riski ilə qarşı-qarşıya qalırlar. Uşaqlar hansısa sağlamlıq təşkilatına çatdırıldıqda müalicə edilə bilər, lakin onların çoxu bunu edə bilməz” deyə təəssüflənib.
Düşərgədə ölümləri azaltmaq üçün müdaxilə etdiklərini, lakin bunun qeyri-kafi olduğunu bildirən MSF, hadisələrin durmadan artdığı üçün köməyə ehtiyac duyduqlarını vurğulayıb.