Sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir - XİN

16:00 24.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Biz bu gün daha çox postmünaqişə dövründən danışsaq da əvvəlki cinayətlərə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrimizin dağıdılmasıdır."

Hafta.az-ın məlumatına görə, bunu "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" mövzusunda konfransda xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib: "Bizim hazırda hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanmasıdır. Ötən ildən etibarən bu istiqamətdə işlər başlanıb".

O bildirib ki, bu gün Azərbaycan azad olunmuş ərazilərdə məscidlərin açılması, abidələrin bərpası ilə sülh mesajı veirir: "Bildiyiniz kimi, Ağdamda Cümə məscidinin bərpası prosesi gedir. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir."