Sumqayıtda 1200 abonentin qaz təchizatı dayandırılıb

12:01 22.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində 1200 abonentin təbii qaz təchizatı 22.08.2022-ci il tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılıb.

Bu barədə hafta.az “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin müraciətinə istinadən xəbər verir.

Qeyd olunan ərazidə yaşayan abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilib.