Sumqayıtda evə basqın zamanı yaralananların SON DURUMU

10:33 30.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.

 

Hafta.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

 

Qeyd edilib ki, onun vəziyyəti stabildir.

 

“1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”, - məlumatda vurğulanıb.

 

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.