Sumqayıtda yaşayış binasında yanğın olub

10:03 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin eyvanında 3 m² sahədə taxta qırıntıları və 1 ədəd məişət avadanlığı yanıb. 

Bu barədə hafta.az  FHN-ə istinadən xəbər verir.

Məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.