Sumqayıtda yeniyetmənin qripdən öldüyü ehtimal edilir

18:26 14.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yeniyetmənin qripdən öldüyü ehtimal edilir.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının APA-ya açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.