Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda zavodda yanğın başlayıb.
Hafta.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Etilen-Polietilen” zavodunda baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt ərazisində “Etilen-Polietilen” zavodunda yanğın baş verməsi barədə ilikin məlumat daxil olub.
"Hazırda qüvvələrimiz əraziyə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir".