Suriya üzrə danışıqların yeni raundu Türkiyədə keçiriləcək

17:42 11.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriya üzrə Ankara – Moskva -Doha formatında danışıqların növbəti raundu Türkiyədə keçiriləcək.

Bunu Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu Dohada keçirilən mətbuat konfransında rusiyalı və qətərli həmkarları ilə danışıqların nəticələri barədə danışarkən bildirib.

“Bu gün biz danışıqların nəticəsi olaraq mövcud formatı mütəmadi əsasda davam etdirməyi qərara aldıq. Biz, həmçinin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçirilməsi barədə razılığa gəldik, sonra isə anoloji görüş Rusiyada keçirələcək”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.