Suriyada daha 3 PKK terrorçusu məhv edildi

14:18 31.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriyanın şimalında daha 3 PKK terrorçusu məhv edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Suriyada "Fırat Kalkanı" əməliyyatının keçirildiyi bölgəyə sızmaq və təxribat törətmək cəhdi edən 3 terrorçu zərərsizləşdirilib. Terrorçular PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşmasının üzvləri olub.