Şuşada Su çərşənbəsi qeyd edilib

22:52 24.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa şəhərində sakinlər qədim adət-ənənələrə uyğun olaraq Su çərşənbəsini qeyd ediblər.

Hafta.az xəbər verir ki, axşam saatlarında bayram tonqalı yandırılıb.

Sakinlər tonqal ətrafına toplaşaraq, Novruzun ilk çərşənbəsini birlikdə qeyd ediblər. Onlar bir-birlərini təbrik edib, əlamətdar günləri öz doğma şəhərlərində qeyd etməyin sevincini bölüşüblər.