Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim olunub

14:27 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyinə təqdim edilib.

Hafta.az-ın məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimov rəsmi "Twitter" hesabında paylaşım edib.

Nazir qeyd edib:

"Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılması, Vətən müharibəsindən danışdım. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyini təqdim etdim".