Yazını böyüt
Yazını kiçilt
Martın 29-da axşam saatlarında açılan Süveyş kanalından artıq 113 gəmi keçib.
Bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəisi Osama Rabiyə keçirdiyi mətbuat konfransında deyib. O əlavə edib ki, kanalda yaranmış tıxac 4 gün ərzində tam aradan qaldırılacaq.
Misir rəsmisi diqqətə çatdırıb ki, “Ever Given” gəmisinin saya oturması nəticəsində 6 gün bağlı qalan Süveyş kanalının girişində 422 gəmi keçid növbəsi gözləyib. O deyib ki, insidentin səbəbi qum fırtınası nəticəsində kanalın bir hissəsinin dayazlaşması olub.
O.Rabiyə bildirib ki, təhqiqat başa çatdırdan sonra gəmiçilik şirkətlərinə təzminatlar ödəniləcək. Misir isə Süveyş kanalının bağlanması nəticəsində hər gün 15 milyon dollar zərərə uğrayıb.