Yazını böyüt
Yazını kiçilt
Türkiyədə Qurban bayramına günlər qala acınacaqlı hadisə baş verib. Bitlisin Buzlupınar bölgəsində TIR aşıb və maşının sürücüsü ilə yanaşı, yük yerindəki 300 baş qurbanlıq erkəkdən çoxu tələf olub.
Hafta.az-ın yazdığına görə, TIR səhər saat 10.00 radələrində Bitlis-Diyarbəkir yolunda aşıb. Buzlupınarın 30-cu kilometrliyində baş verən qəzada yük maşını sürücüsü hadisə yerindəcə ölüb. Qəzanın sürücünün sükan idarəetməsini itirməsi nəticəsində baş verdiyi deyilir.
Qurban bayramı üçün qərb əyalətlərinə aparılan 300 qoyundan 150-si tələf olub.
Qəzadan sonra hadisə yerinə təcili yardım, xilasetmə və jandarma qrupları sövq edilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.