Tailandın Kralı dövlət başçısını təbrik edib

17:51 23.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Hafta.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Tailand xalqı adından Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik,
ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizə və siyasətinizə xalqınızın etimadının bariz təsdiqidir. Biz ölkələrimiz arasında dostluq münasibətlərini və sıx əməkdaşlığı yüksək qiymətləndiririk. Əminəm ki, Zati-alinizin dəstəyi ilə qarşıdakı illərdə Tailand-Azərbaycan dostluq münasibətləri və əməkdaşlığı daha da möhkəmlənəcəkdir".

Oxunma sayı 65
Siyasət rubrikasından digər xəbərlər